29 mart 2026. Bazar günü

“Arsenal” Brahim Dias transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 23:45 28.03.2026
  • Oxunma sayı: 54
“Arsenal” Brahim Dias transferi üçün hərəkətə keçdi

Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Brahim Dias yay transfer pəncərəsində komandanı tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, “kral klubu” mərakeşli futbolçu ilə yollarını ayırmağa hazırdır. Bildirilir ki, paytaxt təmsilçisi oyunçu üçün 40-45 milyon avro civarında təklif alacağı təqdirdə satışa razılıq verə bilər.

Artıq Londonun “Arsenal” klubu potensial transferin detalları ilə bağlı sorğu göndərərək maraq göstərib. “Topçular” qış transfer dövründə də Brahim Diasın mümkün alıcıları arasında göstərilirdi.

Məşhur transfer platformasının mütəxəssisləri 26 yaşlı futbolçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir. Onun Madrid təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.

 







Transfer