30 mart 2026. Bazar ertəsi

Vlahoviç “Milan”ın hədəfində


  • Transfer
  • 21:51 29.03.2026
  • Oxunma sayı: 55
Vlahoviç “Milan”ın hədəfində

"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Milan"a keçə bilər.

90deqiqe.Az-ın "SportMediaset"a istinadən məlumatına görə,"rossonerilər" serbiyalı hücumçunun "Yuventus"la müqaviləsinin uzadılmasına yaxın olmasına baxmayaraq, onu transfer etmək variantından imtina etməyiblər.

"Milan" Turin klubunun ildə təxminən yeddi milyon avroluq maaş təklifini ödəməklə son cəhdini etməyə hazırdır, lakin Vlahoviçə iki illik müqavilə əvəzinə üç illik müqavilə təklif edir.

Duşan Vlahoviç 2022-ci ildə "Fiorentina"dan "Yuventus"a 85 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Hücumçu bu mövsüm 18 oyun keçirib, altı qol vurub və iki məhsuldar ötürmə edib.







Transfer