30 mart 2026. Bazar ertəsi

"Barselona" Xavi Simonsla bağlı qərar verdi


  • Transfer
  • 22:06 29.03.2026
  • Oxunma sayı: 54
"Barselona" Xavi Simonsla bağlı qərar verdi

Hazırda "Tottenhem"də çıxış edən futbolçu Xavi Simons yetirməsi olduğu "Barselona"ya qayıtmaq istəyir.

90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Kataloniya klubu hazırda 22 yaşlı yarımmüdafiəçisini transfer etməyi nəzərdən keçirmir. Əsas səbəblərdən biri potensial transferin yüksək maliyyə xərcləridir.

Mənbə bildirir ki, London klubundan ayrılması üçün ciddi kompensasiya – təxminən 45 milyon avro – tələb olunacaq. Cari iqtisadi şəraitdə "Barselona" belə investisiyanı çətin hesab edir.

Niderland millisinin üzvü cari İngiltərə Premyer Liqası mövsümündə 25 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 10 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Futbolçunun "Tottenhem" ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.







Transfer