- Transfer
- 00:03 30.03.2026
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilərdi.
90deqiqe.Az-ın məlumatına görə, 2025-ci ilin yayında portuqaliyalı futbolçunun transferində “Əl-Hilal” klubu maraqlı olub. Səudiyyə təmsilçisi futbolçu üçün “qırmızı şeytanlar”a 100 milyon funt sterlinq təklif etməyə, həmçinin oyunçuya həftəlik 700 min funt sterlinq maaş verməyə hazır idi.
Bir neçə həftə davam edən danışıqlardan sonra Fernandeş bu təklifi rədd etmək qərarına gəlib.
Cari mövsümdə portuqaliyalı yarımmüdafiəçi Mançester klubunun heyətində bütün turnirlər daxil olmaqla 30 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 8 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.