30 mart 2026. Bazar ertəsi

Mastantuono “Real”dan icarəyə gedə bilər


  • Transfer
  • 22:40 29.03.2026
  • Oxunma sayı: 62
Mastantuono “Real”dan icarəyə gedə bilər

“Real” gələcək mövsümün heyəti ilə bağlı planlar hazırlayır.

90deqiqe.Az-ın "OK Diario"ya istinadən məlumatına görə, Madrid klubu yarımmüdafiəçisi Franko Mastantuono ilə yollarını ayrıla bilər.

“Real” Mastantuononun başqa komandaya gələcəkdə alınma hüququ olmadan icarə əsasında göndərilməsini nəzərdən keçirir. 

 “Real” 18 yaşlı futbolçunun müntəzəm oyun praktikası əldə etməsi üçün bu addımı atacaq.

Qeyd edək ki, ötən qış “Real” braziliyalı futbolçu Endriki “Lion”a icarəyə vermişdi. Bu yay isə o geri qayıdacaq.

Franko Mastantuono keçən yay yetkinlik yaşına çatdıqdan sonra “Real”a transfer olunub. O vaxtdan etibarən argentinalı futbolçu 27 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.







Transfer