- Transfer
- 00:03 30.03.2026
“Tottenhem”də baş məşqçi postuna gözlənilməz namizəd ortaya çıxıb.
90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, komandanın hazırkı futbolçusu Ben Devis mövsümün sonunadək müvəqqəti baş məşqçi təyin oluna bilər.
“Spurs”un müdafiəçisi yanvar ayından bəri topuq nahiyəsindən aldığı zədə səbəbindən meydana çıxmır. Bu səbəbdən klub rəhbərliyi 32 yaşlı futbolçunun müvəqqəti olaraq komandanı çalışdırması variantını ciddi şəkildə nəzərdən keçirir. Bildirilir ki, Devis kollektiv daxilində ən hörmət edilən oyunçulardan biridir və artıq məşqçilik üzrə təhsil alır.
Qeyd edək ki, bu gün, martın 29-da “Tottenhem” baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib. Onun rəhbərliyi altında komanda keçirdiyi son yeddi oyunun beşində məğlub olub.