30 mart 2026. Bazar ertəsi

“Tottenhem” De Zerbi ilə danışıqları sürətləndirdi


  • Transfer
  • 16:11 30.03.2026
  • Oxunma sayı: 45
“Tottenhem” De Zerbi ilə danışıqları sürətləndirdi

“Tottenhem” Roberto de Zerbinin komandanın baş məşqçisi postunu dərhal qəbul etməsini istəyir.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, London klubu italiyalı mütəxəssisə komandayı Premyer Liqada saxlayacağı təqdirdə yüksək bonus vəd edib. Bununla yanaşı, klub rəhbərliyi komanda Çempionşipə düşəcəyi halda məşqçinin ayrılması ilə bağlı xüsusi bəndin müqaviləyə daxil edilməsinə şübhə ilə yanaşır.

Hazırda “Tottenhem” Premyer Liqada 17-ci pillədə yer alır və düşmə zonasını cəmi bir xal fərqi ilə qabaqlayır.

Qeyd edək ki, Roberto de Zerbinin London klubuna günün sonuna qədər cavab verməli olduğu bildirilir. Klub qısa müddət əvvəl baş məşqçi İqor Tudorla yollarını ayırıb.







Transfer