- Transfer
- 19:04 30.03.2026
“Sportinq”in hücumçusu Luis Suares karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Correio da Manha"ya istinadən məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində “Liverpul” və “Nyukasl” klubları maraqlıdır. Sözügedən klublar artıq kolumbiyalı forvardın agenti ilə danışıqlara başlayıb.
Cari mövsümdə Suarez bütün turnirləri nəzərə alaraq 42 matça çıxıb, 33 dəfə rəqib qapısını silkələyib və 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 24 qolla kolumbiyalı hücumçu Portuqaliya çempionatının bombardirlər siyahısında liderdir. Suaresin “Sportinq” ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 28 milyon avrodur.