30 mart 2026. Bazar ertəsi

"Yuventus" "Mançester Yunayted"in oyunçusu ilə maraqlanır


  • Transfer
  • 18:16 30.03.2026
  • Oxunma sayı: 54
"Yuventus" "Mançester Yunayted"in oyunçusu ilə maraqlanır

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Manuel Uqarte karyerasını “Yuventus”da davam etdirə bilər.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Turin təmsilçisi 24 yaşlı futbolçu ilə maraqlanır.

Serie A nəhəngi uruqvaylı yarımmüdafiəçini çərşənbə axşamı Uruqvay millisinin Əlcəzairə qarşı yoldaşlıq oyununda izləyəcək. Oyun Turin şəhərində keçiriləcək, buna görə də “Yuventus” üçün Uqarteni hərəkətdə görmək əlverişli olacaq. Bu məqsədlə “Qoca sinyora”nın idman direktoru Marko Ottolini matçı izləmək üçün tribunada olacaq. 

Hazırda Uqarte “Mançester Yunayted” ilə 2028/29 mövsümünün sonuna qədər müqaviləyə sahibdir. Transfermarkt portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.







Transfer