- Transfer
- 20:40 30.03.2026
“Fiorentina”nın mərkəz hücumçusu Moyze Kin İtaliyanın digər klubuna keçə bilər.
90deqiqe.Az-ın "Calciomercato"ya istinadən məlumatına görə, “Milan” 26 yaşlı futbolçunu almağı planlaşdırır və futbolçunun agenti ilə də artıq danışıqlara başlayıb.
Lakin “rossoneri”lər italyan üçün 62 milyon avroluq sərbəst qalma məbləğini ödəmək istəmir və qiymətin endirilməsi üzərində razılığa gəlməyə çalışır.
Cari mövsümdə Kin bütün turnirlər nəzərə alınmaqla 32 oyunda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Məlumatlara görə, hücumçunun bazar dəyəri 40 milyon avrodur.