30 mart 2026. Bazar ertəsi

"Tottenhem" De Zerbi ilə razılığa gəldi


  • Transfer
  • 19:59 30.03.2026
  • Oxunma sayı: 72
"Tottenhem" De Zerbi ilə razılığa gəldi

İtaliyalı mütəxəssis Roberto De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şira “X” sosial şəbəkəsində (keçmiş Tvitter) məlumat paylaşıb.

O, mütəxəssislə London klubu arasında bağlanacaq müqavilə beş il müddətinə nəzərdə tutulduğunu və hazırda tərəflərin məşqçilər korpusunun formalaşdırılması üzərində işlədiyini qeyd edib.

Qeyd edək ki, De Zerbi daha əvvəl İngiltərə çempionatında "Brayton" komandasını çalışdırıb. Onun son iş yeri isə Fransanın "Marsel" klubu olub və o, 2026-cı ilin fevralında komandadan ayrılıb. İtaliyalı mütəxəssis karyerası ərzində həmçinin "Şaxtyor", "Sassuolo", "Benevento" və "Palermo" komandalarına rəhbərlik edib.

Xatırladaq ki, martın 29-da "Tottenhem" baş məşqçi İqor Tudor ilə yollarını ayırıb. O, cari ilin 14 fevralında təyin olunmuşdu və 2025/2026 mövsümündə komandanın üçüncü baş məşqçisi idi. Bundan əvvəl London klubu danimarkalı Tomas Frank və avstraliyalı Angelos Postekoqlu ilə də əməkdaşlığa son qoymuşdu.







Transfer