15 may 2026. Cümə

Rodrinin transferindən imtina etmək qərarına gəldi


  • Transfer
  • 20:40 30.03.2026
  • Oxunma sayı: 252
Rodrinin transferindən imtina etmək qərarına gəldi

"Real Madrid" heyətini gücləndirmək üçün planlar qurur.

90deqiqe.Az-ın "La Tribu"na istinadən məlumatına görə, Madrid klubunun prezidenti Florentino Peres "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etməkdə tərəddüd edir.

"Çelsi"də çıxış edən yarımmüdafiəçi Enzo Fernandesin isə "Real Madrid"ə transfer olunmağa daha yaxın olduğunu bildirilir. "Kral klubu" artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.

Argentinalı futbolçu əvvəllər 2026-cı il Dünya Kubokundan sonra "Çelsi"dən ayrılmağı düşünə biləcəyini bildirmişdi.

Nüfuzlu "Transfermarkt" portalının mütəxəssisləri 25 yaşlı Enzo Fernandezi 90 milyon avro dəyərində qiymətləndirirlər.







Transfer