30 mart 2026. Bazar ertəsi

"Bavariya" "Mançester Siti"nin ulduz oyunçusunu transfer etmək istəyir


  • Transfer
  • 21:58 30.03.2026
  • Oxunma sayı: 65
"Bavariya" "Mançester Siti"nin ulduz oyunçusunu transfer etmək istəyir

"Mançester Siti"nin yarımmüdafiəçisi  Fil Foden karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, "Bavariya" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

İngilis yarımmüdafiəçinin "Mançester Siti"dəki çıxışı Münhen təmsilçisinin baş məşqçisi Vensan Kompanin xüsusi diqqətini çəkib. Kompani klub rəhbərliyindən futbolçunun yay transfer pəncərəsində heyətə qatılmasını istəyib.

Eyni zamanda, "Mançester Siti" yetirməsi ilə müqaviləni uzatmaq niyyətindədir. Milli komanda oyunları fasiləsində tərəflər danışıqlar aparıblar. Klub rəsmiləri optimist mövqedədirlər.

Qeyd edək ki, Fil Fodenin hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir. Transfermarkt portalı onun bazar dəyərini 80 milyon avro qiymətləndirir.







Transfer