- Transfer
- 23:42 30.03.2026
"Korintians"ın yarımmüdafiəçi Andre karyerasını "Milan"da davam etdirməyə yaxındır.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, İtaliya nəhəngi 19 yaşlı futbolçunu transfer etmək üçün səylərini artırıb.
"Rossonerilər" braziliyalı futbolçu üçün ikinci təklif irəli sürüblər. Seriya A klubu oyunçunun iqtisadi hüquqlarının 70%-i üçün 18 milyon avro sabit ödəniş və əlavə 4 milyon avro bonus təklif edib. İqtisadi hüquqların qalan 30%-i oyunçunun özünə məxsusdur.
"Milan"ın təklifi ötən həftənin əvvəlindən "Korintians"ın müzakirəsindədir. Braziliya klubu hələlik cavab verməyib.
"Milan" Seriya A turnir cədvəlində "İnter"dən altı xal geridə qalaraq ikinci yerdədir.