- Transfer
- 23:42 30.03.2026
“Arsenal” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Football365"ə istinadən məlumatına görə, “topçular” “Real”ın hücumameyilli yarımmüdafiəçisi Brahim Diasa görə yarışda öncül mövqedədir.
Məlumata görə, mərakeşli futbolçuya görə “Arsenal” təxminən 50 milyon avro ödəməyə hazırdır. Futbolçu isə gələcəyi ilə bağlı qərarını ona təqdim olunacaq təkliflərə əsasən verəcək.
26 yaşlı oyunçunun dəyəri Transfermarkt portalının mütəxəssisləri tərəfindən 35 milyon avro qiymətləndirilir. Hazırda Dias “Real”la 2027-ci ilin ortasına qədər müqavilə bağlayıb.