- Transfer
- 23:09 31.03.2026
İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah karyerasını başqa aparıcı komandada davam etdirə bilər.
90deqiqe.Az-ın "Football Insider"ə istinadən məlumatına görə, misirli futbolçunun xidmətində yalnız Fransanın PSJ klubu deyil, həmçinin İspaniyanın "Real Madrid" komandası da maraqlıdır.
Hər iki klub yayda hücumçunu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Salah 2017-ci ildə İtaliyanın "Roma" klubundan 42 milyon avro qarşılığında “Liverpul”a transfer olunub.
Cari mövsümdə 32 yaşlı futbolçu bütün turnirlərdə 34 oyunda meydana çıxaraq 10 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, Salah daha əvvəl mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Halbuki onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.