31 mart 2026. Çərşənbə axşamı

Premyer Liqa nəhəngləri niderlandlı üçün yarışda


  • Transfer
  • 21:40 31.03.2026
  • Oxunma sayı: 46
Premyer Liqa nəhəngləri niderlandlı üçün yarışda

İtaliyanın "İnter" klubunun müdafiəçisi Denzel Dümfris karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az-ın "Linterista"ya istinadən məlumatına görə, niderlandlı futbolçunun xidmətində İngiltərənin üç aparıcı klubu – "Liverpul", "Mançester Siti" və "Mançester Yunayted" maraqlıdır. Lakin transfer uğrunda mübarizədə məhz “Liverpul”un ön planda olduğu bildirilir.

Qeyd edək ki, Dümfris 2021-ci ildə Niderlandın PSV klubundan 14 milyon avro qarşılığında “İnter”ə keçib. Onun Milan təmsilçisi ilə müqaviləsi 30 iyun 2028-ci ilə qədər qüvvədədir.

Cari mövsümdə 28 yaşlı müdafiəçi bütün turnirlərdə 20 oyunda iştirak edib və 3 qol vurub.

Məşhur Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.







Transfer