- Transfer
- 23:31 31.03.2026
Braziliyalı hücumçu Qabriel Xesus “Arsenal”da çıxışını davam etdirmək niyyətindədir.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, 25 yaşlı futbolçu London klubunda müqaviləsini uzatmaq istəyir. Lakin hələlik “kanonirlər” futbolçu ilə yeni razılaşma üçün heç bir əlaqə qurmayıblar və klub onun gələcəyi ilə bağlı rəsmi açıqlama verməyib.
Qabriel Xesus 2022-ci ildə “Mançester Siti”dən 52 milyon avro qarşılığında “Arsenal”a transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Cari mövsümdə hücumçu bütün turnirlərdə 21 oyunda iştirak edib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.