31 mart 2026. Çərşənbə axşamı

"Barselona" "Bavariya"ya Keynlə bağlı mübadilə təklif edəcək


  • Transfer
  • 22:13 31.03.2026
  • Oxunma sayı: 51
"Barselona" "Bavariya"ya Keynlə bağlı mübadilə təklif edəcək

"Bavariya"nın hücumçusu Harri Keyn karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Football Time"yə istinadən məlumatına görə, İspaniya nəhəngi ingilis forvardı yay transfer pəncərəsində heyətinə qatmaq etmək istəyir.

Kataloniya klubu hazırkı Almaniya çempionu ilə oyunçu mübadiləsi müqaviləsi bağlamağı nəzərdən keçirir və artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.

"Blaugrana" Keynin müqabilində "Bavariya"nın yarımmüdafiəçisi Frenki de Yonqu təklif etmək niyyətindədir.

Harri Keyn 2023-cü ildə 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Hücumçu bu mövsüm Münhen klubunun heyətində bütün yarışlarda 40 oyunda iştirak edib, 48 qol vurub və beş məhsuldar ötürmə edib. "Transfermarkt" ingilis futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir.







Transfer