1 aprel 2026. Çərşənbə

"Liverpul” və “Çelsi” onun üçün yarışır


  • Transfer
  • 22:49 31.03.2026
  • Oxunma sayı: 15
"Liverpul” və “Çelsi” onun üçün yarışır

"Monako"nun yarımmüdafiəçisi Lamin Kamara karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Caught Offside"yə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində "Çelsi" və "Liverpul" klubları maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

"Monako"lular oyunçunu satmağı düşünməyə hazırdırlar, lakin onu minimum 65-75 milyon avro dəyərində qiymətləndirirlər. Kamaranın müqaviləsində sərbəst buraxılma bəndi yoxdur. Lakin "Monako" onu dərhal satmaq istəmir, çünki onun dəyərinin daha da arta biləcəyinə inanırlar.

Daha əvvəl "Mançester Yunayted"in seneqallı yarımmüdafiəçi ilə maraqlandığı iddia edilmişdi.

Bu mövsüm o, bütün yarışlarda 25 oyunda meydana çıxıb və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"ın verdiyi məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.







Transfer