- Transfer
- 23:31 31.03.2026
"Barselona"nın hücumçusu Robert Levandovski İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az "Sportboom"a istinadən xəbər verir ki, "Mançester Yunayted" polşalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. "Qırmızı şeytanlar" hücumçuya bir illik müqavilə təklif etməyə hazırdır. Hücumçunun təklifi qəbul edib-etməyəcəyi hələ məlum deyil.
Robert Levandovski 2022-ci ildə 45 milyon avroya "Bavariya"dan "Barselona"ya keçib. Onun "Blaugrana" ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Bu mövsüm hücumçu Kataloniya klubunun heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 16 qol vurub və üç məhsuldar ötürmə edib.