- Transfer
- 23:31 31.03.2026
"Mançester Yunayted" və İngiltərə millisinin keçmiş müdafiəçisi Rio Ferdinand "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, sabiq futbolçu bu barədə özünün podkastında danışıb.
"İstəyirəm ki, Cud Bellinqem İngiltərə komandasının əsas oyunçusu olsun. İstəyirəm ki, o, İngiltərə komandasında "Çelsi"nin oyunçusu Frenk Lempard olsun və "Real Madrid"də etdiyi kimi vacib, xüsusi qollar vursun"
Cud Bellinqem 2023-cü ildə "Borussiya Dortmund"dan "Real Madrid"ə 127 milyon avroya keçib. Onun "Los Blancos"la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. Yarımmüdafiəçi bu mövsüm Madrid klubunda 29 oyunda meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.