- Transfer
- 23:31 31.03.2026
“Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az "Daily Mail"ə istinadən xəbər verir ki, ingiltərəli futbolçunun transferində “Real Madrid” maraqlıdır. Madrid təmsilçisi son oyunlarda yarımmüdafiəçinin çıxışını izləmək üçün skautlar göndərib.
Uorton “kral klubu”nun yarımmüdafiə xəttini gücləndirmək üçün hazırladığı siyahıda üçüncü pillədə qərarlaşıb. Siyahının ilk sıralarında “Mançester Siti”dən Rodri və “Çelsi”dən Entso Fernandes yer alır.
Adam Uorton 2024-cü ildə 21 milyon avro qarşılığında “Blekbern”dən “Kristal Pelas”a transfer olunub. Onun müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 41 oyuna çıxıb və 7 məhsuldar ötürmə ilə yadda qalıb.