1 aprel 2026. Çərşənbə

"Bavariya"nın futbolçusu “Barselona”ya keçmək istəyir


  • Transfer
  • 23:15 31.03.2026
  • Oxunma sayı: 57
"Bavariya"nın futbolçusu “Barselona”ya keçmək istəyir

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala gələcəkdə karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az "TEAMtalk"a istinadən xəbər verir ki, alman futbolçunun uzunmüddətli arzusu "Barselona"da oynamaqdır. "Blaugrana" yay transfer pəncərəsi zamanı ona təklif verərsə, yarımmüdafiəçi Kataloniya klubuna keçməyə razı olacaq. Hələlik heç bir danışıqlara start verilməyib.

Musiala 2019-cu ildə 200.000 avroya "Çelsi"dən "Bavariya"ya keçib.

Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm yarımmüdafiəçi Münhen klubunun heyətində bütün yarışlarda 11 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. O, zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxıb.







Transfer