1 aprel 2026. Çərşənbə

"Qalatasaray" van Deyklə müqavilə imzalamaq istəyir


  • Transfer
  • 23:21 31.03.2026
  • Oxunma sayı: 53
"Qalatasaray" van Deyklə müqavilə imzalamaq istəyir

"Liverpul"un müdafiəçisi Vircil van Deyk karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az "Fotomac"a istinadən xəbər verir ki, "Qalatasaray" niderlandlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. İstanbul təmsilçisi bu yay transferi başa çatdırmaq istəyir. "Qalatasaray"ın prezidenti Dursun Özbek van Deyklə müqavilə imzalamağı xəyal hesab edir. Artıq futbolçunun agenti ilə danışıqlara da start verilib.

Vircil van Deyk 2018-ci ildə "Sauthempton"dan "Liverpul"a 84 milyon avroya keçib. Onun "qırmızılar"la müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Bu mövsüm müdafiəçi ingilis klubunda bütün yarışlarda 45 oyunda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib. "Transfermarkt" van Deykin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.







Transfer