1 aprel 2026. Çərşənbə

Handanoviç “İnter”də Kivunun yolunu davam etdirə bilər


  • Transfer
  • 23:31 31.03.2026
  • Oxunma sayı: 31
Handanoviç “İnter”də Kivunun yolunu davam etdirə bilər

“İnter” klubu Kristian Kivu layihəsinə bənzər modeli Samir Handanoviçlə həyata keçirmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, sloveniyalı mütəxəssis hazırda “İnter”in 17 yaşadək komandasında baş məşqçi kimi iki mövsüm işlədikdən sonra “İnter Primavera”ya rəhbərlik edə bilər. Bu, Benni Karbone komandadan ayrılacağı təqdirdə reallaşa bilər.

Xatırladaq ki, Samir Handanoviç 2012–2023-cü illərdə “İnter”in formasını geyinib. O, Milan təmsilçisinin heyətində iki dəfə İtaliya Kubokunu və iki dəfə İtaliya Superkubokunu, bir dəfə isə A Seriyasını qazanıb.

Təcrübəli qapıçı üç dəfə İtaliya çempionatının ən yaxşı qapıçısı seçilib. Handanoviç “İnter”də ümumilikdə 455 oyuna çıxıb, 471 qol buraxıb və 166 matçda qapısını toxunulmaz saxlayıb.







Transfer