- Transfer
- 23:59 01.04.2026
"Real Madrid"in yarımmüdafiəçisi Franko Mastantuono karyerasını Portuqaliyada davam etdirə bilər.
90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə,argentinalı futbolçunun xidmətində “Benfika” klubu maraqlıdır. Portuqaliya klubu oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir. Madrid təmsilçisi də bu variantın əleyhinə deyil. Klub rəhbərliyi hesab edir ki, bu keçid 18 yaşlı yarımmüdafiəçinin inkişafına kömək edəcək.
Franko Mastantuono 2025-ci ildə “River Pleyt”dən “Real”a 45 milyon avro qarşılığında transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2031-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 27 oyunda iştirak edib, üç qol vurub və bir məhsuldar ötürmə verib. Futbolçunun transfer dəyəri 45 milyon avro qiymətləndirilir.