- Transfer
- 23:59 01.04.2026
“Kristal Pelas”ın hücumçusu İsmaila Sarr karyerasını İtaliya çempionatında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Milan” seneqallı futbolçunun xidmətində maraqlıdır. “Rossoneri” yay transfer pəncərəsi öncəsi 28 yaşlı oyunçuya ciddi maraq göstərir. İtaliya nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
İsmayla Sarr 2024-cü ildə “Marsel”dən “Kristal Pelas”a 15 milyon avro qarşılığında transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir.
Cari mövsümdə seneqallı futbolçu bütün turnirlərdə 32 oyunda iştirak edib, 15 qol vurub və iki məhsuldar ötürmə verib. Transfermarkt portalı Sarrın dəyərini 35 milyon avro qiymətləndirir.