2 aprel 2026. Cümə axşamı

Kanselu “Benfika”ya qayıda bilər


  • Transfer
  • 23:32 01.04.2026
  • Oxunma sayı: 48
Kanselu “Benfika”ya qayıda bilər

“Əl-Hilal”ın müdafiəçisi Joau Kanselu karyerasını “Benfika”da davam etdirə bilər.

90deqiqe.Az "Diario SPORT"a istinadən xəbər verir ki, hazırda icarə əsasında "Barselona"da çıxış edən futbolçu yetirməsi olduğu "Benfika"ya qayıtmaq variantını nəzərdən keçirir.

Kataloniya təmsilçisi isə 31 yaşlı müdafiəçinin yayda sərbəst oyunçu kimi komandadan ayrılacağı halda onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bununla belə, Kanselunun əsas arzusu doğma klubuna geri dönməkdir.

Qeyd edək ki, portuqaliyalı futbolçu 2012–2015-ci illərdə “Benfika”nın formasını geyinib. O, cari mövsümdə “Barselona”nın heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.







Transfer