- Transfer
- 23:59 01.04.2026
Frankfurtun “Ayntraxt” klubu yarımmüdafiəçi Mario Götze ilə müqaviləni uzadıb.
90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə,33 yaşlı futbolçunun yeni sözləşməsi 2028-ci ilin iyun ayınadək qüvvədə olacaq.
Təcrübəli oyunçu açıqlamasında klubun onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“‘Ayntraxt’ mənim üçün çox şey ifadə edir. Artıq dörd ilə yaxındır buradayam və burada keçirdiyim vaxtdan böyük məmnunluq duyuram”.
Qeyd edək ki, Mario Götze Frankfurt təmsilçisinə Niderlandın PSV klubundan qoşulub. O, bu müddət ərzində bütün turnirlər daxil olmaqla 148 oyunda iştirak edib, 12 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Karyerası ərzində Almaniyanın “Bavariya” və Dortmund “Borussiya” klublarında da çıxış edən yarımmüdafiəçi, həmçinin Almaniya millisinin heyətində dünya çempionu olub.
Futbolçunun transfer dəyəri 4,5 milyon avro olaraq qiymətləndirilir.