- Transfer
- 23:59 01.04.2026
Argentinanın “River Pleyt” klubu yeni idman direktoru axtarışını davam etdirir.
90deqiqe.Az "The Athletic"ə istinadən xəbər verir ki, Fransa təmsilçisi “Marsel”in sabiq prezidenti Pablo Lonqoriya bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur. Tərəflər arasında ilkin danışıqların artıq baş tutduğu bildirilir.
Qeyd edək ki, Lonqoriya cari ilin mart ayında “Marsel”dən ayrılıb. Onun gedişi komandanın baş məşqçisi Roberto De Dzerbinin istefasından sonra baş verən dəyişikliklərlə əlaqələndirilir. Həmin dövrdə idman direktoru Mehdi Benatiya da qısa müddətlik klubdan uzaqlaşsa da, daha sonra geri qayıdıb və Lonqoriyanın səlahiyyətlərinin bir hissəsi ona həvalə olunub.
“River Pleyt”də bu vəzifə üçün digər əsas namizəd isə hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çalışan Ramon Planesdir. Bundan başqa, klubun siyahısında adı açıqlanmayan daha bir namizədin də olduğu qeyd olunur.