- Transfer
- 17:20 02.04.2026
"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, "Mançester Siti" ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. "Şəhərlilər" bu yay oyunçunun transferini nəzərdən keçirirlər. Artıq futbolçunun agenti ilə danışıqlara başlanılıb.
Dani Olmo 2024-cü ildə "Leypsiq"dən "Barselona"ya 55 milyon avroya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. Bu mövsüm yarımmüdafiəçi "Blaugrana"nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, səkkiz qol vurub və yeddi məhsuldar ötürmə edib. "Transfermarkt" Olmonun dəyərini 60 milyon avro qiymətləndirir.