- Transfer
- 23:43 02.04.2026
Fransa millisinin mərkəz müdafiəçisi Kastello Lukeba bu yay "Leyptsiq" klubunu tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi futbolçunun satılmasına müsbət yanaşır. Almaniya təmsilçisi oyunçu üçün 65–70 milyon avro aralığında təklifləri nəzərdən keçirməyə hazırdır.
Bu məbləğ müqavilədə nəzərdə tutulan 80 milyon avroluq sərbəstqalma məbləğindən daha aşağıdır.
Daha əvvəl 23 yaşlı müdafiəçi ilə "Arsenal" və İngiltərə çempionatının digər klublarının maraqlandığı bildirilmişdi.
Cari mövsümdə 2029-cu ilə qədər müqaviləsi qüvvədə olan Lukeba 25 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, həmçinin 2 sarı vərəqə alıb.
Futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.