3 aprel 2026. Cümə

Mark Kasado “Barselona”dan ayrıla bilər


  • Transfer
  • 22:31 02.04.2026
  • Oxunma sayı: 64
Mark Kasado “Barselona”dan ayrıla bilər

"Barselona" klubunun dayaq yarımmüdafiəçisi Mark Kasado yay transfer dövründə komandanı tərk edə bilər.

90deqiqe.Az "Diario AS"ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun ayrılığı kifayət qədər real görünür. Hazırda 22 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klublarından birinə keçid imkanını nəzərdən keçirir. Artıq adı açıqlanmayan klubla futbolçunun agenti arasında danışıqlar başlayıb.

Cari mövsümdə Kasado bütün yarışlar daxil olmaqla 29 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Barselona” ilə əmək müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Onun bazar dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.







Transfer