- Transfer
- 23:43 02.04.2026
"Aston Villa" komandasının mərkəz hücumçusu Olli Uotkins karyerasını "Milan"da davam etdirə bilər.
90deqiqe.Az "SportsBoom"a istinadən xəbər verir ki, “rossoneri” rəhbərliyi 30 yaşlı futbolçunu heyəti gücləndirmək üçün namizədlər siyahısına daxil edib. Klub ingilisl hücumçunu yaxından izləyir və yay transfer pəncərəsində Birmingem klubuna rəsmi təklif göndərməyi planlaşdırır. Artıq futbolçunun agenti ilə danışıqlara start verilib.
Cari mövsümdə Olli Uotkins bütün turnirlər üzrə 43 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun bazar dəyəri 30 milyon avro qiymətləndirilir. İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.