- Transfer
- 23:43 02.04.2026
“Everton” klubu heyətində icarə əsasında çıxış edən cinah hücumçusu Cek Qrilişi komandada saxlamaq niyyətindədir.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, klub rəhbərliyi futbolçunun “Mançester Siti”dən tam transferi üçün hələlik hazır deyil.
“Everton” rəhbərliyi icarə müqaviləsində göstərilən təxminən 50 milyon avroluq məbləği ödəməyi planlaşdırmır. Bundan əlavə, Qrilişin yüksək maliyyə tələbləri də klubu tərəddüdə salır – futbolçunun qazancı təxminən 1,3 milyon avro təşkil edir.
Daha real variant kimi icarə müqaviləsinin müddətinin uzadılması nəzərdən keçirilir. Xatırladaq ki, ingiltərəli futbolçu 2025-ci ilin yayında icarə əsasında komandaya qoşulub. Cari mövsümdə o, 22 oyunda iştirak edərək 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.