3 aprel 2026. Cümə

Sebalyos “Real”dan ayrıla bilər


  • Transfer
  • 23:29 02.04.2026
  • Oxunma sayı: 51
Sebalyos “Real”dan ayrıla bilər

“Real” klubunun yarımmüdafiəçisi Dani Sebalyos yay transfer dövründə satıla bilər.

90deqiqe.Az-ın "Diario AS"a istinadən məlumatına görə, ispaniyalı futbolçu cari mövsüm başa çatdıqdan sonra komandadan ayrılmağa hazırdır və o, doğma klubu “Betis”ə qayıtmağa üstünlük verir.

Sevilya təmsilçisi üçün əsas problem “kral klubu”nun müəyyən etdiyi məbləğ ola bilər: “Real” 29 yaşlı oyunçu üçün 15 milyon avro tələb edir, halbuki onun müqaviləsinin müddəti gələn il başa çatır.

Dani Sebalyosun bazar dəyəri müvafiq qiymətləndirmələrə əsasən 8 milyon avro göstərilir.

Cari mövsümdə yarımmüdafiəçi Madrid təmsilçisinin heyətində 22 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. Oyunçu zədə səbəbindən fevral ayından etibarən meydana çıxmır.







Transfer