- Transfer
- 23:39 03.04.2026
PSJ-nin mərkəz hücumçusu Qonsalu Ramuş “Nyukasl”ın maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, “sağsağanlar”ın baş məşqçisi Eddi Hau portuqaliyalı forvardı komandasında görmək istəyir. “Nyukasl” artıq Paris təmsilçisi ilə əlaqə saxlayaraq transfer imkanlarını müzakirə etməyə başlayıb.
Daha əvvəl yayılan xəbərlərə əsasən, Ramuşla “Tottenhem” və “Mançester Yunayted” də maraqlanır.
Qeyd edək ki, 24 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 38 oyunda iştirak edib, 11 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Nüfuzlu “Transfermarkt” portalı oyunçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.