4 aprel 2026. Şənbə

Donnarumma dünyanın ən bahalı qapıçısı seçildi


  • Transfer
  • 22:17 03.04.2026
  • Oxunma sayı: 63
Donnarumma dünyanın ən bahalı qapıçısı seçildi

"Transfermarkt" portalı dünyanın ən bahalı qapıçılarının yeni reytinqini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, siyahının zirvəsində Cianluici Donnarumma yer alıb. "Mançester Siti" klubunun və İtaliya millisinin üzvü olan qolkiperin dəyəri 45 milyon avro qiymətləndirilir.

Reytinqdə ikinci pilləni dörd qapıçı bölüşür. Bunlar Bart Verbrüggen (“Brayton”), Joan Qarsiya (“Barselona”), Diogu Koşta (“Portu”) və Qreqor Kobel (“Borussiya Dortmund”)dır. Hər birinin bazar dəyəri 40 milyon avro göstərilir.

Siyahıda üçüncü pillədə isə Mile Svilar (“Roma”) və David Raya (“Arsenal”) qərarlaşıb. Hər iki qapıçının dəyəri 35 milyon avro təşkil edir.







Transfer