- Transfer
- 23:39 03.04.2026
Nüfuzlu "Transfermarkt" portalı yaz yenilənməsindən sonra dünya futbolunda ən bahalı yarımmüdafiəçilərin siyahısını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, siyahıya “Barselona”nın ispan yarımmüdafiəçisi Pedri başçılıq edir. 23 yaşlı futbolçu 150 milyon avro dəyərində qiymətləndirilib.
İkinci pillədə “Real Madrid” və İngiltərə millisinin üzvü Cude Bellinqem qərarlaşıb. Onun transfer dəyəri 140 milyon avro olaraq göstərilir.
Üçüncü yeri isə üç futbolçu bölüşür. Bunlar “Bavariya”nın yarımmüdafiəçisi Jamal Musiala, “Real Madrid”in oyunçusu Federico Valverde və “Arsenal”ın üzvü Declan Ricedir. Hər üç futbolçu 120 milyon avro dəyərində qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl sözügedən portal ən bahalı qapıçılar və müdafiəçilərin də siyahısını təqdim edib.