4 aprel 2026. Şənbə

“Mançester Siti”də Qvardiolanın yerinə üç namizəd mübarizə aparır


  • Transfer
  • 23:04 03.04.2026
  • Oxunma sayı: 48
“Mançester Siti”də Qvardiolanın yerinə üç namizəd mübarizə aparır

İspaniyalı mütəxəssis Xosep Qvardiola 2025/2026 mövsümünün sonunda “Mançester Siti”dən ayrıla bilər.

90deqiqe.Az-ın "The Telegraph"a istinadən məlumatına görə, klub rəhbərliyi komandaya yeni baş məşqçi axtarmağa başlayıb.

İngiltərənin aparıcı klubunda baş məşqçi vəzifəsi üçün namizədlər siyahısına Xabi Alonso, Enzo Mareska və Vensan Kompani daxildir.

Xatırladaq ki, Qvardiola “Mançester Siti”nin baş məşqçisi vəzifəsində 2016-cı ilin yayından bəri çalışır. Onun klubu ilə əmək müqaviləsi 2027-ci ilin iyun sonunda başa çatır. İspaniyalı mütəxəssisin rəhbərliyi altında “şəhərlilər” altı dəfə Premyer Liqa çempionu olublar.







Transfer