- Transfer
- 23:39 03.04.2026
Mərakeşli hücumçu Abde Ezzalzuli hazırda çıxış etdiyi “Betis” klubundan ayrıla bilər.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, "Barselona" futbolçunu yenidən komandaya cəlb etmək niyyətindədir. Artıq Kataloniya təmsilçisinin futbolçunun agenti ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Ezzalzuli daha əvvəl – 2021–2023-cü illərdə “Barselona”nın formasını geyinib. O, həmin müddətdə 12 oyunda iştirak edib və aktivinə bir qol yazdırıb.
Daha sonra mərakeşli futbolçu icarə əsasında “Osasuna”da çıxış edib və ardınca “Betis”ə transfer olunub.
Onun Sevilya təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir. Futbolçunun transfer dəyəri isə 30 milyon avro qiymətləndirilir.