- Transfer
- 23:39 03.04.2026
“Atalanta”nın yarımmüdafiəçisi Ederson İtaliya A Seriyasını tərk edərək karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçunun xidmətində Madridin “Atletiko” klubu maraqlıdır. “Matrasçılar” artıq braziliyalı oyunçunun transferi ilə bağlı danışıqlar aparıb və yay keçid dövrü üçün ilkin razılıq əldə ediblər.
Edersonun Berqamo təmsilçisi ilə mövcud müqaviləsi gələn ilin ortalarına qədər qüvvədədir. Onun transfer dəyəri 40 milyon avro həcmində qiymətləndirilir.
Cari mövsümdə İtaliya çempionatında yarımmüdafiəçi 23 oyunda meydana çıxıb və bir qolla yadda qalıb.