- Transfer
- 23:39 03.04.2026
“Real” klubunun hücumçusu Qonsalo Qarsiya İngiltərənin “Arsenal” komandasının maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "Sportsboom"a istinadən məlumatına görə, London təmsilçisi yay keçid dövründə Qabriel Xesusla yollarını ayırmağa hazırlaşır. Klub braziliyalı futbolçunu 25 milyon avroya satmağı planlaşdırır. Onun yerinə isə rəhbərlik “Real”da stabil oyun praktikası qazanmayan Qonsalo Qarsiyanı transfer edə bilər. Artıq "topçular" futbolçunun agenti ilə danışıqlara başlayıb.
İspaniyalı hücumçu ilə digər bir İngiltərə klubu – “Nyukasl” da maraqlanır. Lakin bu transfer “sağsağanlar”ın Nik Voltemade ilə mümkün ayrılığından asılı olacaq.
Qonsalo Qarsiyanın transfer dəyəri 30 milyon avro civarında qiymətləndirilir. Onun “kral klubu” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.
Cari mövsümdə 22 yaşlı forvard “Real”ın heyətində 32 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.