- Transfer
- 01:06 05.04.2026
"Arsenal" klubunun cinah hücumçusu Qabriel Martinelli üçün yeni iddiaçı ortaya çıxıb.
90deqiqe.Az-ın "Media Foot"a istinadən məlumatına görə, braziliyalı futbolçu uğrunda mübarizəyə PSJ də qoşulub. İngiltərə təmsilçisi yay transfer dövründə hücum xəttini gücləndirməyi planlaşdırır və Martinellinin satışına təxminən 50 milyon funt sterlinq (təxminən 57 milyon avro) qarşılığında razı ola bilər.
Paris təmsilçisinin nümayəndələri artıq 24 yaşlı futbolçunun agenti ilə danışıqlara da başlayıb. Onun "Arsenal" ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Cari mövsümdə Qabriel Martinelli 42 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.