6 aprel 2026. Bazar ertəsi

Quirassi “Borussiya”dan ayrılmaq qərarına gəldi


  • Transfer
  • 22:51 05.04.2026
  • Oxunma sayı: 66
Quirassi “Borussiya”dan ayrılmaq qərarına gəldi

Hücumçu Seru Quirassi gələcəyi ilə bağlı qərarını verib.

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, 30 yaşlı futbolçu yay transfer dövründə Dortmund “Borussiya”sından ayrılmaq niyyətindədir. Bildirilir ki, Quirassinin hazırkı müqaviləsində 35 milyon avro məbləğində sərbəstqalma bəndi mövcuddur və bu bənd iyul ayında qüvvəyə minə bilər.

Qeyd olunur ki, bu bənddən yalnız müəyyən klublar yararlana biləcək. Futbolçunun daha yüksək səviyyəli komandaya keçid etmək istədiyi vurğulanır.

Daha əvvəl Seru Quirassinin adı “Barselona” və digər klublarla hallandırılmışdı.

2025/2026 mövsümündə Quirassi 40 oyunda iştirak edib, 18 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi