- Transfer
- 00:11 06.04.2026
“Tottenhem”in yarımmüdafiəçisi İv Bissuma mövsümün sonunda klubdan ayrılmaq niyyətindədir.
90deqiqe.Az-ın "Football FanCast"a istinadən məlumatına görə, Bissuma London klubunda məşqçilərin onunla davranışından narazıdır və “şporlar”la müqaviləsini uzatma opsiyasından imtina edərək komandadan bu yay ayrılmaq istəyir.
Yarımmüdafiəçi bir neçə dəfə maaşının artırılmasını tələb etsə də – hazırda onun aylıq qazancı həftədə 55 min funt sterlinqdir – ona bu müraciət rədd edilib.
İv Bissuma 2022-ci ildə “Brayton”dan “Tottenhem”ə 29 milyon avro qarşılığında transfer olunub. Onun mövcud müqaviləsi 30 iyun 2026-cı il tarixinə qədərdir.
Cari mövsümdə Bissuma “şporlar”ın heyətində səkkiz oyunda iştirak edib, lakin məhsuldar hər hansı bir göstərici əldə etməyib.