7 aprel 2026. Çərşənbə axşamı

“Real” Kamavinqanı yayda sata bilər


  • Transfer
  • 22:23 06.04.2026
  • Oxunma sayı: 61
“Real” Kamavinqanı yayda sata bilər

“Real” klubu yarımmüdafiəçi Eduardo Kamavinqanı yayda sərfəli təklif daxil olacağı halda satmaq imkanını nəzərdən keçirir.

90deqiqe.Az-ın "Lekip"ə istinadən məlumatına görə, Madrid təmsilçisi 23 yaşlı futbolçunun potensialını tam şəkildə ortaya qoya bilməməsindən narazıdır. Fransalı oyunçu artıq komanda üçün toxunulmaz hesab edilmir və hazırda onun klubda qalmasından daha çox ayrılma ehtimalı yüksək qiymətləndirilir.

Karyerasını davam etdirməsi üçün ən real variant isə İngiltərə çempionatı hesab olunur.

Kamavinqa 2021-ci ilin avqustunda “Real”a keçib və 2027-ci ilə qədər müqavilə imzalayıb. Onun transferi 40 milyon avroya başa gəlib. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 35 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi