7 aprel 2026. Çərşənbə axşamı

“Barselona” oyunçusunu transfer siyahısına daxil etdi


  • Transfer
  • 23:54 06.04.2026
  • Oxunma sayı: 57
“Barselona” oyunçusunu transfer siyahısına daxil etdi

“Barselona” klubunun sağ cinah müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasına keçə bilər.

90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə, “Barselona” yay transfer dövründə fransalı futbolçunu satışa çıxarmaq qərarına gəlib. Oyunçuya əsas namizəd “Çelsi” klubudur və onlar bu keçidi reallaşdırmaq üçün maksimum səy göstərmək niyyətindədir.

Bununla yanaşı, digər ingilis klublarının da vəziyyəti diqqətlə izlədiyi qeyd olunur.

Cari mövsümdə Kunde bütün turnirlər daxil olmaqla 41 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. 27 yaşlı müdafiəçinin bazar dəyəri Transfermarkt məlumatına görə 65 milyon avro təşkil edir.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi