- Transfer
- 23:57 07.04.2026
İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Mark Kasado yay transfer pəncərəsində komandadan ayrılma ehtimalını nəzərdən keçirir.
90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumatına görə, 22 yaşlı futbolçu agentlərinə gələn təklifləri qiymətləndirməyə başlamağı tapşırıb. Bildirilir ki, Kasado oyun praktikinin az olması səbəbindən klubunu dəyişmək variantını ciddi şəkildə düşünür.
2025/2026 mövsümündə Mark Kasado “Barselona”nın rəsmi 29 oyununda iştirak edib və bu matçlarda 1 məhsuldar ötürmə həyata keçirib.
Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində liderdir. İkinci yerdə qərarlaşan Real Madrid kataloniyalılardan 7 xal geri qalır.